​Naxçıvana bu ilin 6 ayında gələn turistlərin sayı açıqlanıb

​Naxçıvana bu ilin 6 ayında gələn turistlərin sayı açıqlanıb Muxtar Respublikaya bu ilin birinci yarısında 188 minə yaxın turist gəlib
Turizm
20 İyul , 2016 20:06
​Naxçıvana bu ilin 6 ayında gələn turistlərin sayı açıqlanıb

Bakı. 20 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasına bu ilin birinci yarısında 188 minə yaxın turist gəlib.

"Report" xəbər verir ki, bu barədə muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi məlumat verib.

Bildirilib ki, hesabat dövründə muzeyləri 26 min 356-sı əcnəbi vətəndaş olmaqla, 185 min 172 nəfər ziyarət edib. Bu dövrdə kitabxanalara 178 adda 4511 nüsxə çap məmulatı paylanılıb, yeni oxucu sayı 1236 nəfər, oxucu gəlişi 30 min 201 nəfər, kitab verilişi 411 min 852 ədəd təşkil edib, respublika kitabxanasının elektron kitabxanasından 2823 oxucu istifadə edib.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında oynanılan tamaşa sayı 21, tamaşaçı sayı 6320 nəfər, Naxçıvan Dövlət Kukla Teatrında oynanılan tamaşa sayı 43, tamaşaçı sayı 1008 nəfər, Naxçıvan Dövlət Uşaq Teatrında oynanılan tamaşa sayı 27, tamaşaçı sayı 1100 nəfər olub.

Son xəbərlər

Orphus sistemi