​Naxçıvana gələn turistlərin sayı artıb

​Naxçıvana gələn turistlərin sayı artıb Bu ilin 9 ayı ərzində Muxtar Respublikaya Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən 305 min 897 nəfər turist gəlib
Turizm
19 Oktyabr , 2015 16:46
​Naxçıvana gələn turistlərin sayı artıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasına Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən 305 min 897 nəfər turist gəlib.

"Report" MR-in Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, son illər muxtar respublikada infrastruktur quruculuğu üzrə aparılan məqsədyönlü tədbirlər, o cümlədən yeni turizm obyektlərinin istifadəyə verilməsi turizmin inkişafına şərait yaradıb.

Məlumatda qeyd olunub ki, bu göstərici 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,5 faiz çoxdur. 

Son xəbərlər

Orphus sistemi