Moskvada II “Azərbaycan Görüşlər Sənayesi” adlı işgüzar görüş təşkil olunacaq

Moskvada II “Azərbaycan Görüşlər Sənayesi” adlı işgüzar görüş təşkil olunacaq İşgüzar görüş bu ilin noyabr ayının 3-də baş tutacaq
Turizm
28 Oktyabr , 2016 19:49
Moskvada II “Azərbaycan Görüşlər Sənayesi” adlı işgüzar görüş təşkil olunacaq

Bakı. 28 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu və nazirliyin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent“ şirkəti ölkədə işgüzar turizmin inkişafı məqsədilə Moskvada “Azərbaycan Görüşlər Sənayesi” adlı işgüzar görüşünü təşkil edəcək.

“Report”a Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, işgüzar görüş bu ilin noyabr ayının 3-də baş tutacaq.

Tədbirdə Büronun tərəfdaşları sırasından “Boulevard Hotel Baku”, “Fairmont Hotel Baku”, “Holiday Inn Hotel Baku”, “Hilton Hotel Baku”, “Hyatt Regency Baku”, “Jumeirah Bilgah Beach Hotel”, “Park Inn by Radisson Baku”, “Shahdag Mountain Resort”, “Caspian Event Organisers”, “Pasha Travel” və “BCD Global Travel” iştirak edəcək.

Görüşün əsas məqsədi Rusiya bazarının Azərbaycan görüşlər sənayesinə olan marağını artırmaqdır.

Son xəbərlər

Orphus sistemi