Koreyada Busan Beynəlxalq Dəniz Məhsulları və Balıqçılıq sərgisi olacaq

Koreyada Busan Beynəlxalq Dəniz Məhsulları və Balıqçılıq sərgisi olacaq Sərgidə 30 ölkədən olan 400 şirkət nümayəndəsinin 500-dən çox məhsulunun nümayiş etdirilməsi nəzərdə tutulub
Turizm
3 Oktyabr , 2016 19:31
Koreyada Busan Beynəlxalq Dəniz Məhsulları və Balıqçılıq sərgisi olacaq

Bakı. 3 oktyabr. REPORT.AZ/ Cənubi Koreyanın Busan şəhərində oktyabrın 27-29-da XIV Busan Beynəlxalq Dəniz Məhsulları və Balıqçılıq Sərgisinin keçirilməsi planlaşdırılır.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Bildirilib ki, sərgidə 30 ölkədən olan 400 şirkət nümayəndəsinin 500-dən çox məhsulunun nümayiş etdirilməsi nəzərdə tutulub. 

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvətlidirlər. Sərgi haqqında ətraflı məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.

Qeyd edək ki, sərgi mütəmadi olaraq 13 ildir keçirilir və Koreyanın dəniz məhsulları üzrə ən böyük ticarət sərgisidir. Ötən ildə keçirilən eyni adlı sərgi 26 ölkədən (ABŞ, Kanada, Böyük Britaniya, Niderland, Portugaliya, Rumıniya, Rusiya, Argentina, Çin, Yaponiya, Hindistan və s.) olan 396 şirkət nümayəndəsi və 823 eksponenti əhatə edib.

Son xəbərlər

Orphus sistemi