​İsveçdə təyyarə-hostel istifadəyə verilib

​İsveçdə təyyarə-hostel istifadəyə verilib "Jumbo Stay Hostel" birbaş uçuş-eniş zolağının üzərində yerləşir
Turizm
16 Noyabr , 2014 21:42
​İsveçdə təyyarə-hostel istifadəyə verilib
Bakı. 16 noyabr. REPORT.AZ/ İsveçin paytaxtı Stokholmda turistlər üçün "Boeing 747-212B" təyyarəsinin gövdəsində düzəldilmiş "Jumbo Stay Hostel" istifadəyə verilib.

"Report" xəbər verir ki, hosteldə 29 nömrə var və onların əksəriyyəti 4 ikiyaruslu çarpayı ilə təchiz edilib.

"Jumbo Stay Hostel"in bütün nömrələrində televizor və ümumi tualet və duş kabinəsinə çıxış var. Arzu edənlər böyük çarpayıları və fərdi vanna otağı olan lüks sinifli nömrələr sifariş edə bilərlər.

"Jumbo Stay Hostel" birbaş uçuş-eniş zolağının üzərində yerləşir. Lakin müştərilərin narahatçılığına heç bir səbəb yoxdur, çünki təyyarə etibarlı şəkildə asfalt örtüyünə bərkidilib.

Son xəbərlər

Orphus sistemi