İstanbulda “Premiere Vision İstanbul - Moda” sərgisi keçiriləcək

İstanbulda “Premiere Vision İstanbul - Moda” sərgisi keçiriləcək Azərbaycanlı qonaqlar da sərgidə iştirak edəcəklər
Turizm
24 Avqust , 2015 20:17
İstanbulda “Premiere Vision İstanbul - Moda” sərgisi keçiriləcək

Bakı. 24 avqust. REPORT.AZ/ Oktyabrın 20-dən 23-dək İstanbulda “Premiere Vision İstanbul - Moda” sərgisi keçiriləcək. Bu barədə “Report”a Azərbaycan Sahibkarlar Konfederasiyasından məlumat verilib.

Sərgidə tanınmış modelyerlər və onların 2015-2016-ci illərdə dəbdə olacaq geyim kolleksiyaları nümayiş olunacaq.

Sərgi iştirakçıları üçün proqramın əsas istiqamətləri brifinq, ikitərəfli görüşlərin keçirilməsi, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərə baş çəkməkdən ibarətdir.

Səfər çərçivəsində otel xərcləri (səhər yeməyi daxil olmaqla) Türkiyə tərəfindən qarşılanacaq. Azərbaycanlı qonaqlar da sərgidə iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi