Bakı. 18 avqust. REPORT.AZ/ Sentyabrın 29-dan oktyabrın 2-dək İstanbulda “ZUCHEX 2015" beynəlxalq ev dekorasiyası sərgisi keçiriləcək.
“Report” Azərbaycan Sahibkarlar Konfederasiyasının məlumatına əsasən bildirir ki, sərgi İstanbul Mədən və Metal İxracatçı Birlikləri (İMMİB) Baş Katibliyinin təşkilatçılığı ilə keçirilir.
Sərgidə iştirakın əsas istiqamətləri brifinq, ikitərəfli görüş, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərlə görüşməkdən ibarətdir. Şirkət təmsilçilərinin səfər çərçivəsində otel xərcləri (səhər yeməyi daxil olmaqla) təşkilatçılar tərəfindən qarşılanacaq.
Proqramda iştirak etmək istəyən azərbaycanlı şirkətlər sentyabrın 14-dək ASK-ya müraciət edə bilərlər.