İsraildə Milli Təhlükəsizlik mövzusunda beynəlxalq konfrans təşkil olunacaq

İsraildə Milli Təhlükəsizlik mövzusunda beynəlxalq konfrans təşkil olunacaq Konfrans İsrail İxrac və Beynəlxalq Əməkdaşlıq İnstitutu tərəfindən təşkil ediləcək
Turizm
26 Avqust , 2016 18:43
İsraildə Milli Təhlükəsizlik mövzusunda beynəlxalq konfrans təşkil olunacaq

Bakı. 26 avqust. REPORT.AZ/ İsraildə Milli Təhlükəsizlik (“Israel HLS&CYBER 2016”) mövzusunda IV beynəlxalq konfrans keçiriləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, paytaxt Təl-Əviv şəhərində baş tutacaq konfrans noyabrın 14-dən 17-dək davam edəcək. Konfrans bir çox dövlət qurumlarının dəstəyi ilə İsrail İxrac və Beynəlxalq Əməkdaşlıq İnstitutu tərəfindən təşkil olunacaq.

Eyni zamanda “Israel HLS&CYBER 2016” çərçivəsində “gələcək nəsil” və yüksək texnologiyaların, sənaye sistemlərinin nümayiş olunduğu sərgi, mühazirələr, seminarlar və müzakirə panelləri, o cümlədən “start-up” şirkətləri üçün nəzərdə tutulan nümayiş ərazisi və İnnovasiya Mükafatı yarışması olacaq.

Tədbir müddətində iştirakçılar İsrailin təhlükəsizlik mütəxəssisləri və sənaye liderləri ilə infrastruktur mühafizəsi, qlobal şəkildə artan terror təhlükəsində maneələr, cinayətkarlıqla mübarizə, ictimai nizam və fövqəladə hallara hazırlılıq və s. kimi mövzuları müzakirə etmək imkanı qazanacaqlar.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar konfransda iştiraka dəvət olunurlar.

Konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi