Bakı. 12 aprel. REPORT.AZ/ Hindistanda “Switch 2016” elektrotexnika, energetika və innovasiya mövzusunda beynəlxalq sərgi və konfrans keçiriləcək.
“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki,sərgi və konfrans oktyabrın 6-10-da Vadodara şəhərində baş tutacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər.Tədbir haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.