Gürcüstandakı azərbaycanlı turistlərin sayı 15%-dən çox artıb

Gürcüstandakı azərbaycanlı turistlərin sayı 15%-dən çox artıb Azərbaycanlılar bu ölkəyə gələn turistlərin sayı baxımından birinci yeri tutur
Turizm
2 Avqust , 2016 15:35
Gürcüstandakı azərbaycanlı turistlərin sayı 15%-dən çox artıb

Bakı. 2 avqust. REPORT.AZ/ "Gürcüstanda son yeddi ay ərzində 3,4 milyon turist olub. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 10,6%-lik artım deməkdir".

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, bunu Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze deyib.

Onun sözlərinə görə, Gürcüstana gələn turistlərin sayı baxımından birinci yeri Azərbaycan vətəndaşları tutur, eyni zamanda, son 7 ayda Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı keçən ilin analoji dövrü ilə müqayisdə 15,1% artıb.

Administrasiya rəhbərinin verdiyi məlumata görə, turistlərin sayında Azərbaycanın ardınca Türkiyə (+1,6%), Ermənistan (-0,8%), Rusiya (+10,3%) və Ukrayna (+24,3%) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi