"Flydubai" aviaşirkəti ilk geniş satış kampaniyasına başlayıb

"Flydubai" aviaşirkəti ilk geniş satış kampaniyasına başlayıb Şirkət bütün aviamarşrutlar üzrə "biznes" və "ekonom" sinifləri üçün biletlərə 30% endirim edib
Turizm
9 Sentyabr , 2015 14:26
Flydubai aviaşirkəti ilk geniş satış kampaniyasına başlayıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün “Flydubai” aviaşirkəti Bakı şəhəri də daxil olmaqla bütün uçuş istiqamətləri üzrə ilk geniş satış kampaniyasına başlayıb.

Aviaşirkətdən “Report”a verilən məlumata görə, Dubay və digər aviamarşrutlar üzrə "biznes" və "ekonom" sinifləri üçün aviabiletlərə 30% endirim edilib. Endirim sentyabrın 20-dək bron edilmiş, bu ilin oktyabrın 1-dən gələn ilin iyunun 30-dək müddətə aid olan bütün biletlərə şamildir.

"Flydubai" aviaşirkəti -Dubay-Bakı-Dubay uçuşlarını həftədə üç dəfə, oktyabrın 26-dan isə həftədə dörd dəfə yerinə yetirir.

Qeyd edək ki, sərəncamında 49 müasir "Boeing 737-800" təyyarələri olan flydubai şirkəti hər həftə 90-dan çox istiqamət üzrə 45 ölkəyə 1 600-dan çox uçuş yerinə yetirir. Aviaşirkət İran körfəzi, Yaxın Şərq, Afrika, Qafqaz, Mərkəzi Asiya ölkələrini və Hindistanı əhatə edən aviamarşrutlar şəbəkəsinə malikdir.

Son xəbərlər

Orphus sistemi