Buxarestdə beynəlxalq avtoşou keçirilir - FOTO

Buxarestdə beynəlxalq avtoşou keçirilir - FOTO Ziyarətçilərə 200-dək yeni model avtomobil təqdim olunub
Multimedia
22 Oktyabr , 2016 16:27
Buxarestdə beynəlxalq avtoşou keçirilir - FOTO

Buxarest. 22 oktyabr. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində XIV Beynəlxalq Avtomobil Ehtiyat hissələri sərgisi (Bucharest Auto Show & Accessories 2016) keçirilir. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, sərgidə ziyarətçilərə 200-dək yeni model avtomobil təqdim olunub. 

Nümayiş olunan markalar arasında “Alfa Romeo”, "Mercedes-Benz", “BMW”, “Jeep”, “Maserati”, “Ford”, “Fiat”, “Jaguar”, "Hyundai", “Nissan” “Citroën”, “Peugeot", “KİA” "Volkswagen", “Opel”, və s. şirkətlərin avtomobilləri var. Hibrit, elektrikli və ətraf mühitə daha az ziyan vuran avtomobillər diqqət mərkəzindədir. 

Sərgi oktyabrın 30-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi