Bu ilin əvvəlindən Gürcüstana 680 mindən çox azərbaycanlı səfər edib

Bu ilin əvvəlindən Gürcüstana 680 mindən çox azərbaycanlı səfər edib Ümumilikdə son altı ayda Gürcüstanda beynəlxalq ziyarətçilərin sayı 2,6 milyon nəfər olub
Turizm
4 İyul , 2016 17:05
Bu ilin əvvəlindən Gürcüstana 680 mindən çox azərbaycanlı səfər edib

Bakı. 4 iyul. REPORT.AZ/ Bu ilin əvvəlindən 680 mindən çox Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 18,1% çoxdur.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, azərbaycanlılar bu göstərici üzrə birinci yer tutur.

İkinci yerdə Türkiyədən olan turistlər qərarlaşıb (629 min nəfər). Sonrakı sıraları Ermənistan (533 min), Rusiya (397 min) və Ukrayna (69 min) tutur.

Ümumilikdə son altı ayda Gürcüstanda beynəlxalq ziyarətçilərin sayı 2,6 milyon nəfər olub. Bu da keçən ilin eyni dövrünə görə 12,9% çoxdur.

Son xəbərlər

Orphus sistemi