​BƏƏ vizanın qiymətinin qaldırılması haqqında qərar qəbul edib

​BƏƏ vizanın qiymətinin qaldırılması haqqında qərar qəbul edib Bundan sonra əmirliklərə getmək üçün vizaya 85 dollar ödəmək lazım gələcək
Turizm
14 Noyabr , 2014 23:10
​BƏƏ vizanın qiymətinin qaldırılması haqqında qərar qəbul edib

Bakı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 13-də Birləşmiş Ərəb Əmirliklərində vizanın qiymətinin qaldırılması haqqında qərar qüvvəyə minib.

"Report" xəbər verir ki, bundan sonra əmirliklərə getmək üçün vizaya 85 dollar ödəmək lazım gələcək ki, bu da əvvəlki qiymətdən 25 dollar çoxdur.

Həmçinin, yerli hakimiyyət daimi vizanın açılmasına müvəqqəti qadağa tətbiq edib. Bu gün BƏƏ ilə viza rejimi olan ölkələrin vətəndaşları yalnız 3 günlük tranzit icazəsi ala bilərlər.

Bu xəbər mətbuatda böyük əks-səda yaradıb. Belə ki, turistlərin əksəriyyəti Birləşmiş Əmirliklərə yol vəsiqəsini əvvəlcədən bron etməklə alırlar. Buna görə də, onlar vizanın pulunu əvvəlki qiymətlə ödəyiblər.

Qərarda isə bildirilir ki, bu cür səyyahlar əlavə 25 dollar ödəməli olacaqlar, əks təqdirdə onlar dövlətin ərazisinə buraxılmayacaqlar.

Son xəbərlər

Orphus sistemi