BƏƏ-dən ​Azərbaycana gələn turistlərin sayı kəskin artıb

BƏƏ-dən ​Azərbaycana gələn turistlərin sayı kəskin artıb Bu il BƏƏ-dənAzərbaycana gələn xarici turistlərin sayı 6 624 nəfər təşkil edib
Turizm
23 May , 2016 20:28
BƏƏ-dən ​Azərbaycana gələn turistlərin sayı kəskin artıb

Bakı. 23 may. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib. 

“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, təkcə bu ilin aprel ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2.5 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur.

Bu il fevralın 1-dən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilən viza rəsmiləşdirilməsi təmin edilib. Bununla əlaqədar, yaxın zamanlarda sözügedən ölkələrdən də Azərbaycana gələcək turistlərin sayında artımın baş verəcəyi gözlənilir.

Ötən il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 16,1% artım baş verib. Bununla yanaşı, BƏƏ-dən bu ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 nəfər, 2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfər olub.

Qeyd edək ki, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” MMC şirkəti arasında “Körfəz əməkdaşlıq ölkələri - bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanıb və həmin ildən etibarən sözügedən ölkədə Nazirliyin təmsilçi ofisi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi