​Bakıda Təhsil sərgisi keçiriləcək

​Bakıda Təhsil sərgisi keçiriləcək Sərgidə 50-yə yaxın nüfuzlu ali məktəb öz təhsil proqramları və imkanlarını təqdim edəcək
Turizm
4 Sentyabr , 2015 17:11
​Bakıda Təhsil sərgisi keçiriləcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakıda Avstraliya, Kanada, ABŞ, Böyük Britaniya universitetlərinin Təhsil sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, sərgi sentyabrın 27-dən oktyabrın 9-na kimi IDP təşkilatının dəstəyi ilə baş tutacaq.

Sərgidə təxminən 50-yə yaxın nüfuzlu ali məktəb öz təhsil proqramları və imkanlarını təqdim edəcək.

Bundan əlavə, sərgiyə gələn qonaqlar IELTS proqramı üzrə imtahan verməklə öz ingilis dili biliklərini yoxlaya biləcəklər. 

Son xəbərlər

Orphus sistemi