Bakıda "Markova kəndindən samirilər" adlı sərgi təşkil olunacaq

Bakıda "Markova kəndindən samirilər" adlı sərgi təşkil olunacaq Sərgi aprelin 20-dən 22-nə qədər açıq olacaq
Turizm
12 Aprel , 2016 19:31
Bakıda Markova kəndindən samirilər adlı sərgi təşkil olunacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda "Markova kəndindən samirilər" adlı sərgi təşkil olunacaq.

Səfirlikdən "Report"a verilən məlumata görə, sərgi aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Sərgi yəhudilərə yardım edən və almanlar tərəfindən qətlə yetirilən Ulma ailəsinə həsr olunub. Belə ki, 1942-ci il dekabrın 13-də almanlar Markova kəndinin sakinlərini ölümlə hədələyərək gizlənən yəhudiləri axtarmağa məcbur ediblər. Bu faciəvi hadisələrə baxmayaraq, ölümü gözə alaraq doqquz polyak ailəsi yəhudiləri gizlətməyə davam ediblər. Bu ailələrin arasında Ulma ailəsi də olub.

Sərginin açılışında Polşanın Azərbaycandakı səfiri Marek Tsalka və dəvət olunan qonaqların çıxışı, həmçinin qısa konsert proqramı keçiriləcək.

Sərgi aprelin 22-nə qədər açıq olacaq. 

Son xəbərlər

Orphus sistemi