Bakıda beynəlxalq sərgi və biznes forum keçiriləcək

Bakıda beynəlxalq sərgi və biznes forum keçiriləcək Sərgi dekabrın 2-4-ü tarixlərində baş tutacaq
Turizm
6 Oktyabr , 2016 19:00
Bakıda beynəlxalq sərgi və biznes forum keçiriləcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakıda “B2B International” beynəlxalq işgüzar əməkdaşlıq sərgisi keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Təşkil olunacaq sərgi dekabrın 2-4-ü tarixlərində baş tutacaq. Sərgidə bütün sahələrdən şirkətlərin ekspozisiyaları nümayiş etdiriləcək. 

Eyni zamanda biznes forum və ikitərəfli görüşlər keçiriləcək.

“B2B International”da iştirak etmək və tədbir haqqında ətraflı məlumat əldə etmək istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi