​Bakıda BƏƏ-nin turizm imkanlarına həsr olunan sərgi açılıb

​Bakıda BƏƏ-nin turizm imkanlarına həsr olunan sərgi açılıb BƏƏ-nin Turizm və Abidələr üzrə Milli Şurasının nümayəndəsi: "Azərbaycan bizim üçün vacib ölkədir"
Turizm
11 Sentyabr , 2015 17:47
​Bakıda BƏƏ-nin turizm imkanlarına həsr olunan sərgi açılıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) turizm imkanlarına həsr olunan I sərgi açılıb.

"Report" xəbər verir ki, sərgidə öz imkanlarını 5 əmirliyin turizm departamenti, eləcə də BƏƏ-nin 17 müxtəlif turizm şirkəti nümayiş etdirəcək.

Tədbirdən öncə BƏƏ-nin Turizm və Abidələr üzrə Milli Şurasının nümayəndəsi Xalid İbrahim bin Nassar jurnalistlərə bildirib ki, sərginin məqsədi iki ölkənin turizm şirkətlərini bir araya gətirmək, həmçinin BƏƏ-də mövcud turizm imkanlarını nümayiş etdirməkdən ibarətdir

Bundan əlavə, o, turizm sahəsində mövcud təcrübə və innovasiya mübadiləsinin əhəmiyyətini də qeyd edib. "Azərbaycan bizim üçün əhəmiyyətli ölkədir və biz buradan ölkəmizə gələn turistlərin sayını artırmaq istəyirik", - Xalid İbrahim bin Nassar deyib. O, həmçinin qeyd edib ki, sərgi çərçivəsində bir sıra müqavilələrin imzalanması da gözlənilir.

Xatırladaq ki, BƏƏ-nin turizm imkanları sərgisi MDB regionunda ölkənin turizm imkanlarını təbliğ etmək kampaniyası çərçivəsində keçirilir. Azərbaycanda baş tutan bu sərgiyə qədər belə tədbirlər Astana və Daşkənddə təşkil olunub.

Son xəbərlər

Orphus sistemi