Azərbaycanla İran arasında yeni aviareys açılıb

Azərbaycanla İran arasında yeni aviareys açılıb Bu gündən Tehran-Bakı-Təbriz aviareysi fəaliyyətə başlayıb
Turizm
16 İyun , 2016 15:23
Azərbaycanla İran arasında yeni aviareys açılıb

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanla İran arasında aviauçuşların coğrafiyası genişləndirilir. Bu gündən etibarən Tehran-Bakı-Təbriz marşrutu ilə yeni aviareys həyata keçiriləcək. 

"Report" xəbər verir ki, bunu uçuşları həyata keçirən İranın "ATA Airlines" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nader Şayesti bildirib. 

Onun sözlərinə görə, uçuşlar həftənin bazar ertəsi və cümə axşamları yerinə yetiriləcək.

"Təyyarə saat 12:16-da Tehrandan Bakıya yola düşəcək və 13:30-da Bakıda olacaq. Eyni təyyarə 15:00-da Təbrizə uçacaq. Bakı-Tehran istiqamətində aviabiletin qiyməti (gediş -dönüş) 180 manat təşkil edir", - deyə o, bildirib.

Uçuşlar "Airbus-320" təyyarəsi ilə yerinə yetiriləcək.

Son xəbərlər

Orphus sistemi