Azərbaycandan Türkyəyə turist axını azalıb

Azərbaycandan Türkyəyə turist axını azalıb Mayda Türkiyəyə gedən Azərbaycan turistlərinin illik müqayisədə 7% azalıb
Turizm
30 İyun , 2015 19:44
Azərbaycandan Türkyəyə turist axını azalıb

Bakı. 30 iyun. REPORT.AZ/ Cari ilin may ayında Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% azalaraq 43 986 nəfər təşkil edib.

"Report"un Türkiyə Turizm və Mədəniyyət Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu da Azərbaycanın Türkiyəyə mayda gələn cəmi turist sayında 1,16% paya malik olması deməkdir.

Nazirliyin açıqladığı hesabata əsasən, mayda ölkəyə gələn turistlərin ümumi sayı illik müqayisədə 2,5% azalaraq 3,8 mln. nəfərə düşüb. Hesabatda deyilir ki, cari ilin ilk beş ayında ölkəyə ümumilikdə 10,772 mln. nəfər gəlib.

Ötən ilin 5 ayında illik 11% artımla 1,1 mln. nəfərə çatan Rusiyadan gələn turistlərin sayı 2015-ci ilin müvafiq dövründə 28,3% azalaraq 801,9 min nəfərə düşüb. Mayda isə ötən ilin mayına nisbətən Rusiya turistlərinin sayı 27,9% azalıb və 501,2 min nəfər olub.

Mayda Türkiyəyə ən çox turist göndərənlər siyahısında Almaniya (624 min nəfər), Rusiya (501 min nəfər), İngiltərə (311 min nəfər) lider olub.

Ümumiyyətlə, cari ilin ilk beş ayında Türkiyəyə ən çox turist Almaniya (1,55 mln. nəfər), Rusiya (802 min nəfər) və Bolqarıstan (665 min nəfər) göndərib.

Son xəbərlər

Orphus sistemi