Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri şimal-qərb zonasına səfər ediblər

Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri şimal-qərb zonasına səfər ediblər Səfər XİN təşəbbüsü ilə təşkil olunub
Turizm
4 Noyabr , 2014 18:25

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə regionların turizm imkanlarının və sosial-iqtisadi inkişafının tanıdılması məqsədilə ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin şimal-qərb marşrutu üzrə səfəri təşkil olunub.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində diplomatların Şəki və Qəbələdə yerləşən bir sıra tarixi yerlər, turizm məkanları və Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son dövrlər istifadəyə verilmiş ictimai obyektlərlə tanışlıqları nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi