​Azərbaycana gəlmək istəyən rusiyalı turistlərin sayı 90 faiz artıb - ARAŞDIRMA

​Azərbaycana gəlmək istəyən rusiyalı turistlərin sayı 90 faiz artıb - ARAŞDIRMA "Skyscanner" xidməti 260 min turist arasında sorğu aparıb
Turizm
25 May , 2016 02:28
​Azərbaycana gəlmək istəyən rusiyalı turistlərin sayı 90 faiz artıb - ARAŞDIRMA

Bakı. 25 may. REPORT.AZ/ Bu il Azərbaycana səyahət etmək istəyən rusiyalı turistlərin sayı 2015-ci ilə nisbətdə 90 faiz artıb.

"Report" xəbər verir ki, bu barədə otel və biletlərin axtarış xidməti "Skyscanner"in apardığı araşdırmada qeyd olunur.

"Skyscanner" araşdırma çərçivəsində 260 min rusiyalı səyyah arasında sorğu aparıb, həmçinin öz saytı vasitəsi ilə aviabilet sifarişlərini təhlil edib.

Resursun məlumatına görə, artıq indi sifarişlərin yarısından çoxu (52%) Rusiya kurortlarının payına düşür. Proqnozlara görə, ümumilikdə, yay mövsümünün yekunu üzrə yerli səyahətçilərin ümumi sayından 60 faizi Rusiyada istirahət edəcək.

Araşdırmaya əsasən, ruslar daxili istiqamətlərlə yanaşı tez-tez yaxın xaricdə də istirahət etməyə üstünlük verirlər. Belə ki, ötən il ilə müqayisədə Gürcüstana bilet satışı iki dəfə, Azərbaycana 90 faiz, Bolqarıstana 31 faiz, Qazaxıstana 20 faiz, Ermənistana isə 16 faiz artıb.

Rusların xaricdə ən məşhur yay istirahəti məkanları isə İspaniya və İtaliya olaraq qalır.

Son xəbərlər

Orphus sistemi