Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycana gələn xarici turistlər səfər zamanı bir həftədə orta hesabla təxminən 700 ABŞ dollarından çox vəsait xərcləyirlər.
"Report" xəbər verir ki, bunu XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında sərginin əsas təşkilatçısı olan "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov bildirib.
O qeyd edib ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin bu yaxınlarda təqdim etdiyi rəqəmdir.
Şirkət rəhbəri əlavə edib ki, 2014-cü ildə Azərbaycanda keçirilən sərgilərə ümumilikdə 90 mindən artıq insan gəlib: "Burada xaricilərin sayı təxminən 17% olub".
Qeyd edəki, aprelin 2-4-də Bakıda XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək.