Azərbaycan Yaponiyada keçirilən beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan Yaponiyada keçirilən beynəlxalq turizm sərgisində iştirak edir Sərgi çərçivəsində Yaponiyanın turizm şirkətləri və KİV nümayəndələri üçün ölkəmizin turizm potensialına həsr olunmuş təqdimat keçirilib
Turizm
23 Sentyabr , 2016 19:01
Azərbaycan Yaponiyada keçirilən beynəlxalq turizm sərgisində iştirak edir

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Yaponiyanın paytaxtı Tokioda keçirilən və 170-dən çox ölkənin qatıldığı “Jata 2016” beynəlxalq turizm sərgisində iştirak edir.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən (MTN) bildirilib.

Məlumata görə, sərgidə ölkəmizi nazirliyin Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva və yerli turizm şirkətlərinin nümayəndələri təmsil edir.

Bununla əlaqədar, Azərbaycanın turizm imkanları əks etdirən 36 m2sahədə milli stend quraşdırılıb, həmçinin, iştirak edən qonaqlara Azərbaycanın turizm potensialını təbliğ edən reklam-çap məhsulları təqdim edilir.

Bu il sərgidə əsas mövzulardan biri “Qara Dəniz Hövzəsi” ölkələrinə həsr edilib. Azərbaycan məhz bu hövzədə təbliğ olunur. Həmin ölkələr sırasına həmçinin Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Ukrayna da daxil edilib.

Sözügedən sərgidə MTN 2007-ci ildən təmsil olunur.

Sərgi çərçivəsində Yaponiyanın turizm şirkətləri və KİV nümayəndələri üçün ölkəmizin turizm potensialına həsr olunmuş təqdimat keçirilib.

Son xəbərlər

Orphus sistemi