Azərbaycan Türk Şurasının turizm nazirlərinin 3-cü sammitində iştirak edəcək

Azərbaycan Türk Şurasının turizm nazirlərinin 3-cü sammitində iştirak edəcək Turizm nazirləri tur operatorlar və biznes nümayəndələri ilə birlikdə "Müasir İpək Yolu" layihəsini müzakirə edəcək
Turizm
11 Aprel , 2016 10:57
Azərbaycan Türk Şurasının turizm nazirlərinin 3-cü sammitində iştirak edəcək

Bakı. 11 aprel. REPORT.AZ/ İyunun əvvəlində Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) turizm nazirlərinin 3-cü sammiti keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat verib.

Məlumata görə, turizm nazirləri tur operatorlar və biznes nümayəndələri ilə birlikdə "Müasir İpək Yolu" layihəsini müzakirə edəcək. İştirakçılar, həmçinin Böyük İpək Yolu boyunca uzanan turizm marşrutlarını da nəzərdən keçirəcək.

Zirvə görüşündə, həmçinin ikinci Ümumdünya köçəri oyunlarının keçirilməsi və orada Türk Şurasının üzvü olan dövlətlərin iştirakı məsələləri müzakirə ediləcək.

Planlaşdırılan sammit çərçivəsində BMT-nin Ümumdünya Turist Təşkilatının başçısı Rifai Taleb, Türk Şurasının baş katibi Ramil Həsənov, eləcə də Azərbaycan, Qazaxıstan və Türkiyə turizm nazirlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi