Azərbaycan turistlərinin Türkiyəyə yay üçün erkən rezervasiyaları 40% artıb

Azərbaycan turistlərinin Türkiyəyə yay üçün erkən rezervasiyaları 40% artıb Dünya bazarında neftin ucuzlaşması və s. amillər turizmin inkişafına müsbət təsir göstərib
Turizm
7 Aprel , 2016 18:53
Azərbaycan turistlərinin Türkiyəyə yay üçün erkən rezervasiyaları 40% artıb

Bakı. 7 aprel. REPORT.AZ/ "2015-ci maliyyə ili həm dünya, həm də Azərbaycan üçün çətin keçib. Lakin bir sıra amillər 2016-cı ilin daha məhsuldar olacağını vəd verir".

"Report" xəbər verir ki, bunu Türkiyənin "Summer Tour" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ayxan Əlləzli bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycanda milli valyutanın məzənnəsinin sabitləşməsi, Türkiyədə hotellərin qiymətinin enməsi, həmçinin dünya bazarında neftin ucuzlaşmasının hava nəqliyyatı tariflərinə təsirləri kimi önəmli amillər turizmin inkişafına müsbət təsir göstərib.

"Azərbaycana gələn turistlərin sayında ikiqat artım gözlənilir. Həmçinin, Azərbaycandan gedən turistlərin sayının da artması gözlənilir. Azərbaycanda iki dəfə devalvasiya olub, odur ki, bu il ciddi canlanma və artım gözlənilir. Neftin qiymətinin düşməsinə baxmayaraq, gözləntilər nikbindir, iqtisadiyyat sabitləşmə yoluna düşür və iqtisadi islahatların da rolu bu prosesdə olduqca böyükdür", - deyə A.Əlləzli qeyd edib.

Şirkət təmsilçisi əlavə edib ki, Azərbaycandan Türkiyəyə yay üçün erkən rezervasiyalarda 40%-lik artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi