Azərbaycan Sankt-Peterburqda keçiriləcək sərgidə təmsil olunacaq

Azərbaycan Sankt-Peterburqda keçiriləcək sərgidə təmsil olunacaq Sərgidə Naftalan Qaşaltı, Çinar Naftalan, Yengicə Termal, Qalaaltı, Duzdağ Naxçıvan sağlamlıq turizmi müəssisələri məhsulları ilə iştirak edəcək
Turizm
29 Sentyabr , 2016 16:37
Azərbaycan Sankt-Peterburqda keçiriləcək sərgidə təmsil olunacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası oktyabrın 12-14-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Health&Medical Tourism 2016” sərgisində təmsil olunacaq.

“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, sərgidə Naftalan Qaşaltı, Çinar Naftalan, Yengicə Termal, Qalaaltı, Duzdağ Naxçıvan sağlamlıq turizmi müəssisələri öz məhsulları ilə iştirak edəcək. Sərginin birinci günü “Azərbaycanda müəlicəvi turizm” mövzusunda konfrans - B2B - ikitərəfli görüş təşkil olunması nəzərdə tutulub.

Məqsəd Azərbaycanın müalicə sağlamlıq turizmi imkanlarını daha geniş müstəvidə təbliğ etmək və Azərbaycana gələcək sağlamlıq turizminin inkişafına töhfə verməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi