Azərbaycan sahibkarları Belarusda beynəlxalq sərgi-yarmarkaya qatılacaqlar

Azərbaycan sahibkarları Belarusda beynəlxalq sərgi-yarmarkaya qatılacaqlar Sərgi-yarmarka bu il oktyabrın 26-29-da Minsk şəhərində baş tutacaq
Turizm
26 Avqust , 2016 19:33
Azərbaycan sahibkarları Belarusda beynəlxalq sərgi-yarmarkaya qatılacaqlar

Bakı. 26 avqust. REPORT.AZ/ Belarusda yüngül və tekstil sənayesi məhsullarının topdan satışı üzrə beynəlxalq sərgi-yarmarka (“Belteksleqprom. Payız-2016”) keçiriləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, sərgi-yarmarka bu il oktyabrın 26-29-da Minsk şəhərində baş tutacaq.

Tədbir Belarusun Ticarət Nazirliyi, “Belleqprom” Dövlət Konserni və “Belekspo” Milli Sərgi Mərkəzi tərəfindən təşkil olunur. Sərginin əhatə dairəsinə bütün növ parçalar, toxunmuş geyimlər, paltarlar, ayaq geyimləri, ev tekstili, xəz və dəri məhsulları, baş qeyimləri, müxtəlif sap və iplər, aksesuarlar, yüngül sənaye və tekstil üçün xammal, müxtəlif növ avadanlıqlar və s. daxildir.

Tədbir çərçivəsində xüsusi seminarların, aparıcı müəssisələrin rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı ilə dəyirmi masaların, müxtəlif dəfilələrin keçirilməsi nəzərdə tutulub. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgi-yarmarkada iştiraka dəvətlidirlər.

Tədbir haqqında ətraflı məlumat almaq istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi