Azərbaycan Parisdə “Top Resa” beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycan Parisdə “Top Resa” beynəlxalq turizm sərgisində təmsil olunur Sərgi oktyabrın 2-dək davam edəcək.
Turizm
29 Sentyabr , 2015 22:55
Azərbaycan Parisdə “Top Resa” beynəlxalq turizm sərgisində təmsil olunur

Bakı. 29 sentyabr. REPORT.AZ/ Sentyabrın 29-da Parisdə “Top Resa” beynəlxalq turizm sərgisi fəaliyyətə başlayıb.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizi bu sərgidə təmsil edir.

Sərgidə Azərbaycanın “Geo Travel”, “Gilan Travel”, “SW travel” turizm şirkətləri iştirak edir.

Beynəlxalq sərgidə Azərbaycanın milli stendi yaradılıb. Burada mədəniyyətimiz, tariximiz, ölkəmizin turizm imkanları haqqında fransız və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də videoçarxlar nümayiş olunur.

Sərgi çərçivəsində bir çox görüşlərin keçiriləcəyi və memorandum imzalanacağı gözlənilir.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin milli turizm şirkətləri artıq yeddinci dəfədir ki, “Top Resa” beynəlxalq turizm sərgisində iştirak edirlər. Bu il “Top Resa” beynəlxalq sərgisində 160 ölkənin 365 stendi qurulub.

Sərgi oktyabrın 2-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi