"Austrian Airlines" endirim aksiyası keçirir

"Austrian Airlines" endirim aksiyası keçirir Endirimli uçuşlar Vyana üzərindən Avropanın 7 şəhərinə həyata keçirilir
Turizm
30 Aprel , 2015 17:22
Austrian Airlines endirim aksiyası keçirir

Bakı. 30 aprel. REPORT.AZ/ "Austrian Airlines" aviaşirkəti Bakıdan həyata keçirdiyi bir sıra tranzit uçuşlara endirim aksiyasına start verib. 

"Report"un məlumatına görə, Avropanın 7 şəhərinə ikitərəfli reyslər təşkil edən aviaşirkətin uçuşları Vyana üzərindən həyata keçirilir.

Qeyd edək ki, biletlərin satışı və uçuşlar 2016-cı il martın 31-nə qədər davam edəcək. Qiymətlərə yığımlar və rüsumlar daxildir, aviabiletlərin qaytarılmasına icazə verilmir.

Bakı-Milan-Bakı 378 manat
Bakı-Praqa-Bakı 392 manat
Bakı-Amsterdam-Bakı 407 manat
Bakı-Cenevrə-Bakı 415 manat
Bakı-Barselona-Bakı 383 manat
Bakı-Berlin-Bakı 392 manat
Bakı-Dusseldorf-Bakı 484 manat

Son xəbərlər

Orphus sistemi