Bakıda "Azərbaycanda multikulturalizm yaşam tərzidir" mövzusunda konfrans keçirilib

Bakıda "Azərbaycanda multikulturalizm yaşam tərzidir" mövzusunda konfrans keçirilib Azad Məmmədov: "13 ölkənin ali təhsil müəssisələrində Azərbaycanın multikulturalizm modeli fənn kimi tədris planlarına daxil edilib"
Turizm
21 May , 2016 18:31
Bakıda Azərbaycanda multikulturalizm yaşam tərzidir mövzusunda konfrans keçirilib

Bakı. 21 may. REPORT.AZ/ Bu gün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycanda multikulturalizm yaşam tərzidir” mövzusunda respublika elmi konfransı keçirilib. 

Universitetin mətbuat xidmətindən “Report”a bildirilib ki, tədbiri çıxış sözü ilə açan ATMU-nun rektoru Cəfər Cəfərov bu ilin dövlət başçısı tərəfindən “Multikulturalizm ili" elan etməsi, milli dövlətçilik məfkürəsinə uyğun olaraq tolerantlığın, mədəni müxtəlifliyin qorunmasını təmin etmək, konfransın təşkilini yüksək qiymətləndirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov çıxışında Azərbaycanın müasir dövrdə dünyanın Multikulturalizm Mərkəzinə çevrilməsindən danışıb. O qeyd edib ki, Azərbaycan bu sahədə bir çox dövlətlərə nümünə ola bilər: “Dünyanın 13 ölkəsində ali təhsil müəssisələrində Azərbaycanın multikulturalizm modeli fənn kimi tədris planlarına daxil edilib”.

Konfransın gündəliyinə 23 məruzə daxil edilib. Məruzələr əsasən “Multikulturalizm və tolerantlığın mahiyyəti və təbliği”, “Mədəni-etnoqrafik müxtəlifliyin dövlətçiliyin inkişafına təsiri”, “Mədəni, dini müxtəlifliyin tolerant əsasları”, “Multikultural dəyərlərin mədəniyyətlərin inkişafına təsiri”, “Mədəni irsin təbliği və onun qorunması”, “Azərbaycan multikulturalizm mərkəzidir”, “Mədəni müxtəlifliyin turizmin inkişafına təsiri”, “Multikulturalizm təbliğində bədii mədəniyyətin rolu” mövzularını əhatə edib.

Konfrans plenar iclasla yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi