​Almaniyada rəqəmsal texnologiyalar üzrə beynəlxalq sərgi keçiriləcək

​Almaniyada rəqəmsal texnologiyalar üzrə beynəlxalq sərgi keçiriləcək Sərginin əsas bölmələrinin strukturu istifadəçilərin maraqlarına uyğun düzəldilib
Turizm
10 Mart , 2016 16:13
​Almaniyada rəqəmsal texnologiyalar üzrə beynəlxalq sərgi keçiriləcək

Bakı. 10 mart. REPORT.AZ/ Martın 14-dən 18-dək Almaniyanın Hannover şəhərində informasiya texnologiyaları, telekommunikasiya, İT-həllər və xidmətlər üzrə dünyanın ən böyük sərgisi – “CeBIT 2016” keçiriləcək.

“Report” bildirir ki, “CeBIT” sərgisinin əsas bölmələrinin strukturu sırf istifadəçilərin maraqlarına uyğun düzəldilib. Bu səbəbdən xüsusi ayrılan 18 pavilyonda sərgi üçün meydanlardan istifadə optimallaşdırılıb.

Əvvəlki “CeBIT”lər 4 əsas sektoru əhatə edirdisə, bu dəfə ondan fərqli olaraq, sərgi 8 qrupa bölünəcək: 1 - Müəssisənin resurslarının planlaşdırılması və məlumatların təhlili, 2 - Korporativ kontentin idarə edilməsi, 3 - Veb və mobil həllər, 4 - İT xidmətlər, 5 - Təhlükəsizlik, 6 - Kommunikasiya və şəbəkə, 7 - İnfrastruktur və məlumatların emalı mərkəzləri, 8 - Tədqiqat və innovasiyalar.

Məlumat üçün bildirək ki, “CeBIT” 1986-ci ildən etibarən hər il Hannoverdə keçirilir. Ötən ildə dünyanın 70 ölkəsindən 3300 iştirakçı, ümumilikdə 145 min kv. m. ərazini əhatə edib, 120 ölkədən izləyici qismində isə 221 min qonaq qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi