Bakı. 23 Fevral. REPORT.AZ/ Amerika Kino Akademiyasının 87-ci "Oskar" kinomükafatının sahibləri bu gecə Los-Anceles-də keçirilən mərasimdə tək-tək elan olunur.
"Report"un TASS agentliyinə istinadla verdiyi xəbərə görə, "Xarici dildə ən yaxşı film" nominasiyasında qalib Polşa istehsalı olan "İda" bədii filmi olub.
Qeyd edək ki, "İda" bu nominasiyada "Mandarinlər"(Estoniya), "Timbuktu"(Mavritaniya), "Vəhşi hekayələr"(Argentina) və "Leviafan" (Rusiya) kimi filmlərlə mübarizə aparırdı.