​Ukraynada azərbaycanlı estrada ulduzunun konserti keçirilib

​Ukraynada azərbaycanlı estrada ulduzunun konserti keçirilib Çingiz Mustafayevin ifası yerli publika tərəfindən böyük rəğbətlə qarşılanıb
Şou-biznes
5 May , 2016 16:05
​Ukraynada azərbaycanlı estrada ulduzunun konserti keçirilib

Bakı. 5 may. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı estrada ulduzu Çingiz Mustafayevin konserti keçirilib. 

"Report" xəbər verir ki, konsertin təşkilatçısı Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev olub.

Konsertin açılış mərasimində Azərbaycanın diaspor fəalları, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin üzvləri və başqa millətlərin nümayəndələri fəal iştirak ediblər. Çingiz Mustafayevin ifası yerli publika tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xatırladaq ki, BUAK mütəmadi olaraq Ukraynada belə tədbirlərin təşkilatçısı kimi çıxış edir.

Son xəbərlər

Orphus sistemi