Bakı. 9 Avqust. REPORT.AZ/ Rusiyalı müğənni Stas Pyexa Ukrayna ərazisinə buraxılmayıb.
"Report" xəbər verir ki, bu barədə müğənninin konsert direktoru Aleksandr Kaçan "Super" nəşrinə məlumat verib.
"Sifarişçi gecə yarı mənə zəng edərək bildirdi ki, onlara daxil olan məlumata görə, biz Odessa aeroportuna eniş edəcəyimiz təqdirdə geri qaytarılacağıq. Təəssüf ki, bizə başqa heç nə deyilməyib", - deyə o qeyd edib.
Rusiyalı artistin konserti avqustun 9-da Odessanın "Itaka" klubunda keçirilməli idi.
"Biz təəssüf edirik, Stas Pyexanın konserti təşkilati səbəblərdən ləğv edilib", - deyə klubun mətbuat xidməti Facebook səhifəsində yazıb.