Patriarx Kirill Rusiyaya “saqqallı qadın müğənnilərin” gəlməsinin əleyhinədir

Patriarx Kirill Rusiyaya “saqqallı qadın müğənnilərin” gəlməsinin əleyhinədir "Eurovision" müsabiqəsinin finalı mayın 23-də Vyanada keçəcək
Şou-biznes
21 May , 2015 22:25
Patriarx Kirill Rusiyaya “saqqallı qadın müğənnilərin” gəlməsinin əleyhinədir

Bakı. 21 May. REPORT.AZ/ Rusiya Provoslav Kilsəsinin rəhbəri hesab edir ki, "Eurovision" mahnı müsabiqəsinə alternativ olan bir yerli mahnı müsabiqələri inkişaf etdirmək lazımdır. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

"Eurovision" müsabiqəsinin finalında Rusiyalı namizəd Polina Qaqarina qalib gəldiyi təqdirdə gələn il “mədəniyyətimizə zidd” dəyərləri yeridən müsabiqə bütün saqqallı qadın müğənnilərlə birlikdə Rusiyaya gələcək. Bizə öz müsabiqələrimiz lazımdı, öz mədəniyyətimizi, ... dünyaya təbliğ etməliyik”, - deyə patriarx qeyd edib.

Qaydalara görə, "Eurovision" müsabiqəsinə qalibin təmsil etdiyi ölkə ev sahibliyi edir.

Xatırladaq ki, 2014-cü ildə keçirilən beynəlxalq mahnı yarışmasında saqqallı Konçita Vurst obrazında çıxış edən Tom Nyuvirz qalib gəlib.

"Eurovision" müsabiqəsinin finalı Vyana şəhərində mayın 23-də keçəcək.

Son xəbərlər

Orphus sistemi