Ömər Şərif Qahirədə dəfn olunub

Ömər Şərif Qahirədə dəfn olunub 83 yaşında vəfat edən əfsanəvi aktyorun vida mərasimi marşal Hüseyn Tantavi adına məsciddə keçirilib
Şou-biznes
12 İyul , 2015 21:50
Ömər Şərif Qahirədə dəfn olunub

Bakı. 12 iyul. REPORT.AZ/Məşhur Misir aktyoru Ömər Şərif Qahirədə dəfn olunub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, 83 yaşında miokard infarktından vəfat edən əfsanəvi aktyorun vida mərasimi marşal Hüseyn Tantavi adına məsciddə keçirilib. Matəm mərasimində mərhumun dostları və Misirin bir sıra tanınmış kinoaktyorları iştirak edib.

Ömər Şərif “Ərəbistanlı Lourens” (1962), “Həkim Jivaqo” (1965), “Məzəli qız” (1968) filmlərində çəkildiyi rolları ilə məşhurlaşıb. “Şərif Əli” və “Yuri Jivaqo” rollarına görə “Qızıl qlobus” mükafatına layiq görülüb. Məşhur aktyor 2003-cü ildə dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə Venesiya kinofestivalının “Qızıl şir” mükafatına da sahib olub.

Son xəbərlər

Orphus sistemi