Şöbə müdiri: "Nadir Qafarzadənin mədəniyyət sarayının direktoru təyin edilməsi barədə xəbərlər əsassızdır"

Şöbə müdiri: "Nadir Qafarzadənin mədəniyyət sarayının direktoru təyin edilməsi barədə xəbərlər əsassızdır" "Ona bildirdim ki, hazırda münasib, uyğun yerimiz yoxdur"
Şou-biznes
26 Avqust , 2015 14:44
Şöbə müdiri: Nadir Qafarzadənin mədəniyyət sarayının direktoru təyin edilməsi barədə xəbərlər əsassızdır

Bakı. 26 avqust. REPORT.AZ/ "Müğənni Nadir Qafarzadənin Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunması ilə bağlı yayılan xəbərlər düz deyil".

Bunu "Report"a açıqlamasında Abşeron Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Manafov deyib.

İ.Manafov N.Qafarzadənin Abşeron rayonunun mədəni-kütləvi tədbirlərində fəal iştirak etdiyini bildirib: "May ayında keçirilən tədbirlərin birində mənə dövlət işində çalışmaq üçün müraciət etdi. Mən də bildirdim ki, hazırda ona münasib, uyğun yerimiz yoxdur. Gələcəkdə mədəniyyət evində, klublarımızın birində boş yer olsa, Nadir Qafarzadənin işlə bağlı təklifinə müsbət cavab verə bilərik".

İlham Manafov Qobu Mədəniyyət sarayının direktoru postunun boş olduğunu, hazırda həmin vəzifəni müvəqqəti olaraq Vüqar İsrafilov adlı şəxsin icra etdiyini bildirib.

Qeyd edək ki, müğənni Nadir Qafarzadə "Qafqazinfo"ya açıqlamasında Qobu Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunduğunu deyib.

Son xəbərlər

Orphus sistemi