​Müğənni Adelin yeni albomu Britaniya və ABŞ-da satış rekordu qırıb

​Müğənni Adelin yeni albomu Britaniya və ABŞ-da satış rekordu qırıb Yeni albom ilk həftə ərzində 3,5 milyon nüsxədən çox satılıb
Şou-biznes
29 Noyabr , 2015 08:06
​Müğənni Adelin yeni albomu Britaniya və ABŞ-da satış rekordu qırıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Britaniyalı müğənni Adelin "25" adlı yeni albomu Britaniya və ABŞ musiqisi tarixində ən sürətlə satılan albom olub.

"Report" xəbər verir ki, bu barədə dünyada yeni disklərin satışı barədə müntəzəm olaraq məlumat dərc edən "Official Charts Company"dən (Rəsmi Çartlar Şirkəti) bildirilib.

Albom Britaniyada satışa çıxdığı ilk həftə ərzində 800 min nüsxədən çox alınıb. Bu halda Adel "Oasis" qrupu tərəfindən 18 il əvvəl müəyyən edilmiş rekordu qırmış olub. O zaman qrupun "Be Here Now" albomu ilk 7 gün ərzində 696 min nüsxə satılmışdı.

Bununla yanaşı, ABŞ-da albom ilk 5 gün ərzində artıq 2,8 milyon nüsxə alınıb ki, bu da rekord sayılır. Şirkət mütəxəssislərinin fikrincə, həftənin sonunadək albomun satışı 2,9 milyona çata bilər.

Bundan əvvəlki rekord isə "N Sync" pop qrupuna məxsus idi. Qrupun 2000-ci ildə buraxılan "No Strings Attached" albomu həftə ərzində 2,41 milyon nüsxədən çox satılmışdı.

Son xəbərlər

Orphus sistemi