Moskvada məşhur aktyor Antonio Banderasın müəllif sərgisi açılacaq

Moskvada məşhur aktyor Antonio Banderasın müəllif sərgisi açılacaq Sərgi payızda keçiriləcək
Şou-biznes
30 İyun , 2016 21:40
Moskvada məşhur aktyor Antonio Banderasın müəllif sərgisi açılacaq

Bakı. 30 iyun. REPORT.AZ/ Məşhur aktyor Antonio Banderas Moskvada müəllif sərgisini təqdim edəcək.

"Report" xəbər verir ki, Antonio Banderas sentyabrın 14-dən noyabrın 3-dək keçiriləcək "Women in Gold" sərgisində iştirak etmək üçün Moskvaya gələcək.

Multimediya Art Muzey kompleksində keçiriləcək sərgi qadın gözəlliyinin sirləri və bu sirlərin öyrənilməsi, üzə çıxarılmasından bəhs edir.

Ekspozisiya İspaniya, Çili, Argentina və Meksikada nümayiş olunub.

Xatırladaq ki, bu layihə A.Banderasın həyatında ikincidir. İlk dəfə 2010-cu ildə təşkil edilən layihə Secrets on Black adlanıb.

Son xəbərlər

Orphus sistemi