Məryəm Üzərli və Özcan Dəniz Bakıya gəlir

Məryəm Üzərli və Özcan Dəniz Bakıya gəlir Türkiyənin məşhur simaları Nizami Kino Mərkəzində sevənləri ilə görüşəcək
Şou-biznes
18 Fevral , 2016 13:55
Məryəm Üzərli və Özcan Dəniz Bakıya gəlir

Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyənin məşhur Hürrəm Sultanı, akrtisa Məryəm Üzərli Bakıya gələcək.

Bu barədə "Report"a Nizami Kino Mərkəzindən məlumat verilib.

Məryəm Üzərlinin Bakıya səfərinin vaxtı dəqiqləşməsə də, aktrisanın martın sonu, aprelin əvvəlində yeni çəkildiyi filmin qalası ilə Nizami Kino Mərkəzində çıxışı olacaq.

Martın 10-da isə Nizami Kino Mərkəzində Özcan Dənizlə görüş olacaq.

Özcan Dəniz və Şükrü Özyıldız yeni filmin qalası ilə Azərbaycan tamaşaçıları ilə görüşə gələcək.

Son xəbərlər

Orphus sistemi