Los-Ancelesdə məşhur reper oğurluq silaha görə həbs olunub

Los-Ancelesdə məşhur reper oğurluq silaha görə həbs olunub Kulionun zaminə buraxılması üçün 37 min dollar tələb olunur
Şou-biznes
18 Sentyabr , 2016 04:55
Los-Ancelesdə məşhur reper oğurluq silaha görə həbs olunub

Bakı. 18 sentyabr. REPORT.AZ/ ABŞ-ın hüquq-mühafizə orqanları Los-Anceles hava limanına patron dolu oğurluq silah keçirmək istəyən və biri daha çox Kulio ləqəbi ilə tanınan hip-hop ifaçısı kiçik Artis Leon Ayvi olan 2 nəfəri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.

Məlumata görə, silah 53 yaşlı artistin çantasından tapılıb. Musiqiçi silah tapılan çantanın ona məxsus olduğunu təsdiq edib. Kiçik Ayvinin həbsdən azad olunması üçün tələb olan girovun məbləği 37,3 min dollar təşkil edir.

Kulio 1996-cı ildə "Gangsta paradise" albomuna görə "Qremmi" mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi