"Küləklə sovrulanlar" filminin qəhrəmanı 100 yaşını qeyd edib

"Küləklə sovrulanlar" filminin qəhrəmanı 100 yaşını qeyd edib Oliviya de Hevillend Hollivudun ən qocaman ulduz aktrisasıdır
Şou-biznes
1 İyul , 2016 20:46
Küləklə sovrulanlar filminin qəhrəmanı 100 yaşını qeyd edib

Bakı. 1 iyul. REPORT.AZ/ Hollivudun məşhur aktrisası, "Küləklə sovrulanlar" filmində Meloni obrazını canlandıran Oliviya de Hevillendin 100 yaşı tamam olur.

"Report" xəbər verir ki, "Oskar" mükafatının ikiqat qalibi olan Oliviya de Hevillend 1939-cu ildə "Küləklə sovrulanlar" filminə çəkildikdən sonra məşhurluğun zirvəsinə çıxıb.

"Robin Qudun macəraları", "Hərəyə özününkü" "Vərəsə" filmlərində çəkilən aktrisa uzun illərdir filmlərə çəkilmir. Televiziya proqramlarında aparıcılıq edən aktrisa qocalığı ilə əlaqədar olaraq, işlərdən uzaqlaşıb.

Hazırda Parisdə yaşayan Oliviya de Hevillend "Küləklə sovrulanlar" filmindən sağ qalan yeganə aktrisadır.

Qeyd edək ki, Oliviya Meri de Hevillend1916-cı il, iyulun 1-də Tokioda anadan olub. Onun anası Lilian Avqusta Rozteatr aktrisası idi və daha çox tamaşaçılara Lilian Fonteyn ləqəbi ilə tanınırdı. Oliviyanın atası isəBritaniya vəkili Uolter Avqustus de Hevillend idi.

Aktyorluq fəaliyyəti 1930-cu ildə başlanan Oliviyanın bu sahədə debütü "Yay gecəsində yuxu" quruluşundakı Germiya rolu olur. 1939-cu ildə Oliviya əfsanəvi "Küləklə sovrulanlar" filmində Melani Uilks rolunu ifa edib. O, bu uğurlu roluna görə, ikinci planda ən yaxşı qadın roluna görə "Oskar"a namizəd olub.

ABŞ-nın prezidenti kiçik Corc Buş 2008-ci ildə Oliviyade Hevillendi Milli İncəsənət mükafatı ilə təltif edib. Fransa prezidenti Nikolya Sarkozi isə 2010-cu ildə akrtisanı Fəxri Legionun Kavaler Ordeni titulu ilə mükafatlandırıb.

Son xəbərlər

Orphus sistemi