İsraildə "Möhtəşəm Yüzil" serialı tamaşaçı üsyanına səbəb olub

İsraildə "Möhtəşəm Yüzil" serialı tamaşaçı üsyanına səbəb olub Tamaşaçıların narazılığına səbəb filmin nümayişinin dayandırılmasıdır
Şou-biznes
30 Dekabr , 2014 16:00
İsraildə Möhtəşəm Yüzil serialı tamaşaçı üsyanına səbəb olub

Bakı. 30 dekabr. REPORT.AZ/ İsrailin "Kanal 9" telekanalında nümayiş etdirilən "Möhtəşəm Yüzil" serialının nümayişi dayandırılıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, telekanalın tamaşaçıları etiraz əlaməti olaraq televiziyanın telefonlarını gün ərzində məşğul ediblər. Tamaşaçıların suallarından yorulan televiziya əməkdaşları çarəsiz qalıblar.

Serialın dayandırılmasına filmin dublyajı səbəb olub. Bir ildir İsrail tamaşaçılarına rus dilində təqdim edilən serial ivrit dilində alt yazıyla efirə verilirmiş. Televiziya rəhbərliyi serialın dayandırılmasını texniki problemlərlə əsaslandırıb.

"Kanal 9" TV-nin rəhbərliyi bildirib ki, "Möhtəşəm Yüzil" İsrailə köçmüş həm rusdilli, həm də ivrit dilində danışan əhali arasında özünə geniş tamaşaçı kütləsi toplayıb. Serialın belə reytinq qazandığını görən televiziya rəhbərliyi "Möhtəşəm Yüzil"i İsrail tamaşaçılarına yenidən təqdim edəcək. Serialın yayımı 2015-ci ilin fevralından bərpa olunacaq.  

Son xəbərlər

Orphus sistemi