Xalq artistinin vəkili: "İlhamə Quliyevanın belə erkən dünyasını dəyişməsində Mehriban Hüseynova günahkardır"

Xalq artistinin vəkili: "İlhamə Quliyevanın belə erkən dünyasını dəyişməsində Mehriban Hüseynova günahkardır" "Mən bu məsələni belə qoymayacam"
Şou-biznes
26 Fevral , 2016 12:39
Xalq artistinin vəkili: İlhamə Quliyevanın belə erkən dünyasını dəyişməsində Mehriban Hüseynova günahkardır

Bakı. 26 fevral. REPORT.AZ/ "İlhamə Quliyevanın belə erkən dünyasını dəyişməsində Mehriban Hüseynova günahkardır. O, İlhamə Quliyevanın yeyib-içdiklərinə müxtəlif dərmanlar qatmasaydı sənətkar 80-il də yaşayardı".

"Report" xəbər verir ki, bunu İlhamə Quliyevanın vəkili Elmira Məmmədova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İlhamə Quliyeva ilə bağlı məhkəmə prosesini davam etdirəcək: "Mən bu məsələni belə qoymayacam. Məndə elə faktlar var ki, onları ictimaiyyətə açıqlaya bilmərəm, amma istintaqa vermişəm".

Vəkil qeyd edib ki, Mehriban Hüseynovaya haqq qazandıranlar istintaqa təqdim olunan faktlarla tanış olsalar, fikirlərini tamamilə dəyişərlər.

Son xəbərlər

Orphus sistemi