Fransanın məşhur müğənnisi Rusiyada konsert verəcək

Fransanın məşhur müğənnisi Rusiyada konsert verəcək Konsert gələn il martın 14-də Kreml Sarayında olacaq
Şou-biznes
25 Avqust , 2016 13:16
Fransanın məşhur müğənnisi Rusiyada konsert verəcək

Bakı. 25 avqust . REPORT.AZ/ Məşhur Fransız müğənnisi Mirey Matye Moskvada konsert verəcək. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Fransanın əfsanəvi müğənnisinin konserti 2017-ci il martın 14-də Kreml Sarayının səhnəsində olacaq. 

Kreml Sarayının rəhbərliyi məşhur müğənni ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 7 milyon rubuldur. Müqavilənin şərtlərinə əsasən Fransanın məşhur müğənnisi martın 10-da Moskvaya gələcək.

Rusiyaya gələn andan limuzinlə gəzəcək müğənni, yaşamaq üçün "Националь" mehmanxanasını seçib.

Qeyd edək ki, M.Matye 1967-ci ilin yayında Mirey fransız müzik-holunun tərkibində SSRİ-də ilk dəfə çıxış edib. Sonralar o, 1976-cı ildə Fransa televiziyasının SSRİ həftəsi çərçivəsində Moskvada Böyük teatrda çıxış edib.

2005-ci ilin noyabrında M.Matye "Olimpiya" səhnəsində yaradıcılığının 40 illiyinə həsr olunan və "40 il sevgi və ilham" adlı konsertlər verib. O, 2008, 2010 və 2012-ci illərdə Moskvada böyük konsert proqramları ilə çıxış edib.

Ötən ay 70 illik yubileyini qeyd edən müğənniyə 2010-cu ildə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev "Dostluq Ordeni" təqdim edib.

Son xəbərlər

Orphus sistemi