​"Eurovision-2015"in qalibi ölümlə hədələnib

​"Eurovision-2015"in qalibi ölümlə hədələnib Əli Şişani: "Onu üzr istəməyə çağırırıam"
Şou-biznes
26 May , 2015 10:26
​Eurovision-2015in qalibi ölümlə hədələnib

Bakı. 26 may. REPORT.AZ/ "Eurovision-2015" mahnı yarışmasının qalibi, isveçli ifaçı Mans Zelmerlevin sosial şəbəkədə yerləşdirdiyi fotosu albanların kəskin etirazına səbəb olub.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Xəbərə görə, fotolardan birində o, çarpayıda uzanmış vəziyyətdədir, Albaniyanın dövlət bayrağı isə ayaq altına atılıb.

Bu foto yayıldıqdan sonra "Eurovision-2015"-in qalibi ölümlə hədələnib.

Albaniyada çıxan "Panorama" qəzeti də müğənninin yayılan fotosuna münasibət bildirərək, Mans Zelmerlevini kəskin tənqid edib. İsveçdə yaşayan albanlar da baş verənlərdən kənar qalmayıblar.

İsveçdə dərc olunan "Ekspressen" qəzeti yazıb ki, İsveç Albanları Federasiyasının sədri Əli Şişani müğənninin hərəkətini belə dəyərləndirib: "Bu hörmətsizlikdir. Onu etdiyi hərəkətə görə üzr istəməyə çağırıram".

Baş verənlərdən sonra ifaçı həmin fotonu səhifəsindən silib. 

Son xəbərlər

Orphus sistemi