​"Eurovision-2015"də Azərbaycanı təmsil edəcək ifaçının adı bu gün açıqlanacaq

​"Eurovision-2015"də Azərbaycanı təmsil edəcək ifaçının adı bu gün açıqlanacaq Münsiflər heyəti ifaçını müəyyən etmək üçün qapalı seçim aparıblar
Şou-biznes
15 Mart , 2015 11:40
​Eurovision-2015də Azərbaycanı təmsil edəcək ifaçının adı bu gün açıqlanacaq

Bakı. 15 mart. REPORT.AZ/ 13 Mart 2015-ci il tarixində Azərbaycanı builki "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyən edilməsi üzrə münsiflər heyətinin qapalı seçimi keçirilib.

"Report" İTV-yə istinadən xəbər verir ki, kanalın baş direktoru Cəmil Quliyev və nümayəndə heyətinin rəhbəri Tamilla Şirinovanın da, daxil olduğu münsiflər heyəti ölkəmizi "Eurovision"da təmsil etmək uğrunda mübarizə aparan son üç iştirakçının - Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynov arasından ölkənin builki təmsilçisini müəyyən ediblər.

Qalib ifaçının adı bu gün, martın 15-də açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi