Bakı. 16 May. REPORT.AZ/ “Eurovision-2015” mahnı müsabiqəsində Azərbaycanı təmsilçisi Elnur və onun komandası bu vacib çıxışa hazırlıq üçün maksimum səylər göstərir. "Report" xəbər verir ki, mayın 16-da Elnur “Hour of the Wolf” mahnısını ikinci dəfə məşq edib. İfa zamanı Elnurla səhnədə iki rəqqas olub– qız və oğlan. Elnurun səsinə üç güclü bek-vokalçı dəstək verib.
Elnurun səhnə komandası dünya səviyyəli mütəxəssislər, rəqqaslar, bir sıra beynəlxalq müsabiqələrin qalibləri və beynəlxalq mükafatların laureatları, təcrübəli bek-vokalçılardır.
Məşqin kadrları isə artıq indi izləyə bilərsiniz!
Qeyd edək ki, "Eurovision" mahnı müsabiqəsi bu il Vyana şəhərində keçiriləcək. Elnur Hüseynov "Hour of the wolf" mahnısı ilə çıxış edəcək.